Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub

Fevralın 16-da Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turnirinin açılış mərasimi keçirilib.


BrendSport.az xəbər verir ki, Milli Gimnastika Arenasında (MGA) keçirilən açılış mərasimində əvvəlcə iştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, İspaniya, İsveç, İsveçrə, Yaponiya, Qazaxıstan, Meksika, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayna və Özbəkistanın dövlət bayraqları arenaya gətirilib.
Açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə daha bir idman bayramının start götürdüyünü vurğulayaraq dünyanın ən güclü gimnastlarının Bakıda toplaşdıqlarını bildirib. Azərbaycanın idmanın bütün növləri üzrə mötəbər yarışları ən yüksək səviyyədə keçirməyə qadir olduğunu qeyd edən nazir müavini bu baxımdan birinci Avropa, IV İslam Həmrəyliyi oyunlarını, Formula 1 yarışlarını və digər mühüm turnirləri diqqətə çatdırıb. O, bu il də Azərbaycanda mühüm yarışların keçiriləcəyini bildirib. İ.İsmayılov batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turnirinin ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu və atletlərin, eləcə də azarkeşlərin əsl idman bayramının şahidi olacaqlarına əminliyini ifadə edib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və yarışlar açıq elan edilib.
Dünya Kuboku yarışlarında 30 ölkədən 160-dan çox gimnast mübarizə aparır. Yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.
Mötəbər turnirdə Azərbaycanı beş idmançı təmsil edir. Qadınlar arasında batut yarışlarında fərdi proqramda sonuncu Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparırlar.
İki gün davam edəcək yarışların birinci günündə təsnifat mərhələləri, ikinci günündə isə saat 12:00-dan etibarən final mərhələləri keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş