Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın bədii gimnastları Portuqaliyada iki qızıl medal qazanıblar



Azərbaycanın bədii gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

BrendSport.az
xəbər verir ki, gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla ABŞ və İtaliyanı geridə qoyaraq qızıl medal qazanıb.

Fərdi proqramda isə top ilə hərəkətlərin icrasında Azadə Atakişiyeva 25.500 xalla qızıl, Gövhər İbrahimova isə 25.900 xalla gümüş mükafata sahib çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş