Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Fikrimcə, "Qarabağ" "Atletiko" ilə oyunda azarkeşləri sevindirəcək" - Ramin Musayev





Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında X turun "Neftçi" - "Sumqayıt" matçından sonra brifinq keçirib.

Ramin Musayev əvvəlcə qarşılaşmanı dəyərləndirib:

- Oyundan çox razı qaldım. Maraqlı qarşılaşma oldu. Deyərdim ki, mövsümün ən baxımlı matçlarından biri idi. Hər iki komandanı təbrik edirəm. Fərqi yoxdur kim uddu, kim uduzdu. Həm "Neftçi", həm də "Sumqayıt" gözəl oyun göstərdi.

- "Neftçi"nin son turlardakı qələbələri ilə bağlı nə deyə bilərsiniz?

- Uğurlar arzulayıram. Amma "Neftçi" hamının istədiyi oyunu hələ tam sərgiləmir. Yəqin ki, qış fasiləsindən sonra Tərlan Əhmədov istədiyi komandanı yığa bilsə, arzuolunan komandanı görəcəyik. Təbii ki, bu qələbə məni sevindirir. Bunu başqa yerə yozmayın.

Bugünkü oyuna "Sumqayıt"a görə gəlmişdim. Çünki bu komandanın oyununa baxanda dincəlirəm. Amma qarşılaşmanı izlədikcə hər iki komandaya görə dincəldim.

- "Neftçi"də Tərlan Əhmədovun gəlişindən sonra dəyişiklik hiss edirsiniz?


- 4 oyundur qalib gəlirlərsə, deməli, dəyişiklik var da... Amma mövsümü necə başa vuracaqlarını deyə bilmərəm. Bunu qış fasiləsində edilən transferlər göstərəcək.

- Son iki tur hakim səhvləri ilə yadda qaldı...

- Səhvlər güclü komandalara qarşı olub. Onlara olar. Təki zəiflərə qarşı səhvlər buraxmasınlar. "Zirə" - "Qəbələ" matçındakı səhvlərə gəldikdə, baş hakim həmin epizodları görməyib. Mübahisəli epizodlara baxdıqda fikirlər haçalanır. Bəziləri qayda pozuntusunun olduğunu, bəziləri isə olmadığını iddia edir. Mən də deyirəm ki, penalti var idi. Amma bununla məsələ həll olunmur.

Oyunda hər şey baş verə bilər. Hamısı analiz olunur. Tur başa çatdıqdan sonra müzakirələr aparılır və hakimlər cavab verirlər. Oyun gərgin keçdikdə, səhvlər qaçılmazdır. Hakim səhvi olmasa, nədən yazarsınız?


- Cavid Hüseynovun "Zirə"nin futbolçusunun sifətinə qəsdən zərbə endirməsini "Qəbələ"nin kapitanına və Azərbaycan millisinin üzvünə yaraşdırırsınız?

- Cavid özünə qarşı edilən kobudluğa dözə bilmədi. O da insandır. Dönüb elə reaksiya verdi. Bəlkə də əlinin dəyəcəyini gözləmirdi.

- Amma oyunun sonlarında oxşar epizodda "Zirə"nin futbolçusu Təmkin Xəlilzadəyə qırmızı yox, sarı vərəqə göstərildi...

- Səhv salmayın da... Biri var ki, hücumun qarşısını almaq, biri də var şillə atmaq. Bunlar fərqli şeylərdir.

- "Qarabağ"ın İspaniyada "Atletiko" ilə keçirəcəyi oyundan nə gözləyirsiniz?

- Fikrimcə, "Qarabağ" azarkeşləri sevindirəcək. Təbii ki, yaxşı oyunu ilə. Amma bu, futboldur. Meydan düz, top yumru...

Milli.Az


Facebook-da paylaş

Xəbəri paylaş