Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cənubi afrikalı futbolçu “Sabah”a keçir



Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubunun müdafiəçisi Aden Makkarti karyerasını Azərbaycanda davam etdirəcək.

BrendSport.az
xəbər verir ki, 21 yaşlı futbolçu Premyer Liqanın son çempionu “Sabah”la anlaşıb. Hətta onun Bakı klubu ilə üçillik müqavilə imzalamaq üçün yaxın günlərdə Azərbaycana gələcəyi iddia olunub. Sözləşmədə əməkdaşlığın daha bir il uzadılması variantı da nəzərdə tutulub.

Ötən mövsüm “Kayzer Çifs”in heyətində bütün turnirlərdə 2399 dəqiqə meydanda olan müdafiəçi həm sol cinahda, həm də mərkəz müdafiəçisi mövqeyində çıxış edə bilir.

Qeyd edək ki, Azərbaycan çempionu olan “Sabah” ölkə kubokunu da qazanaraq mövsümü “qızıl dubl”la başa vurub. Komanda yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş