Basketbol millimiz Dünya Kubokuna qələbə ilə start verib

Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda ilk oyununa çıxıb.
BrendSport.az xəbər verir ki, komanda qrupun birinci oyununda Madaqaskar seçməsi ilə qarşılaşıb və rəqibinə 21:13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, millinin qrupda növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 22:20-də qrupun və turnirin əsas favoritlərindən sayılan Niderland seçməsinə qarşı olacaq.
Facebook-da paylaş





















