Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın 3x3 basketbol millisi təsnifat turnirində növbəti oyununa çıxacaq



Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə ikinci görüşünə çıxacaq.

BrendSport.az
xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın növbəti rəqibi Monqolustan seçməsi olacaq. Görüş Bakı vaxtı ilə saat 11:55-də start götürəcək.

Azərbaycan millisi bu gün daha bir oyun keçirəcək. Komandamız saat 13:45-də Niderland ilə üz-üzə gələcək.

Milli ötən gün qrupun ilk matçında Çilini 17:14 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan kollektivlər yarımfinala vəsiqə qazanacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş