Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Paris-2024”: Azərbaycan basketbol yığmasının təsnifat oyunlarındakı rəqibləri bəlli olub



Azərbaycanın 3x3 qadın basketbol millisinin “Paris-2024” Olimpiya oyunlarında iştirak etmək üçün qatılacağı ilk təsnifat oyunlarındakı rəqibləri bəlli olub.

BrendSport.az
xəbər verir ki, yığma Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə qarşılaşacaq. Matçlar aprelin 17-18-də Honkonqda təşkil olunacaq.

İkinci təsnifat oyunları Yaponiyada (tarix bəlli deyil), üçüncü yarış isə Macarıstanda (23-26 may) keçiriləcək. Üç mərhələnin yekununa əsasən, birinci yeri tutan komanda Paris Olimpiadasına lisenziya əldə edəcək.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş