Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın 3x3 qadın basketbol millisi olimpiadada iştirak etmək üçün təsnifat turnirlərinə qatılacaq


Azərbaycanın 3x3 qadın basketbol millisi Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün təsnifat turnirlərinə qatılacaq.

BrendSport.az
xəbər verir ki, yığma ötən ilin yayında Dünya Qadın Seriyasının mərhələ matçlarında qazandığı reytinq xallarına görə bu şansı əldə edib.

Dünya Qadın Seriyasında dörd dəfə mərhələ qalibi olan “Neftçi” klubunun və millimizin heyətində iştirak etmiş basketbolçuların topladıqları yüksək reytinq xallarına görə komanda iki təsnifat turnirində mübarizə aparacaq.

İlk təsnifat turniri 2024-cü ilin 17-18 aprel tarixlərində baş tutacaq. İkinci təsnifat turniri gələn ilin iyununa planlaşdırılır.


Facebook-da paylaş

Xəbəri paylaş