Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimi Sena çayında təşkil olunacaq

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimi Sena çayında təşkil olunacaq


“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasiminin keçiriləcəyi yer dəqiqləşib.
BrendSport.az xəbər verir ki, tədbir stadionda deyil, Sena çayında təşkil olunacaq.
Komandaların nümayəndə heyətləri 160 qayığa yerləşdiriləcək. Bu qayıqlar “Auqsterlits” körpüsündən “Yens” körpüsünədək üzəcək. Mərasimi 600 mindən az olmayan sayda tamaşaçı izləyə biləcək.
Qeyd edək ki, açılış mərasimi 2024-cü il iyulun 26-da olacaq. “Paris-2024” avqustun 11-dək davam edəcək. Fransa Yay Olimpiya Oyunlarını üçüncü dəfə qəbul edəcək. Ölkə əvvəllər 1900-cü və 1924-cü illərdə Olimpiadanı təşkil edib.


Facebook-da paylaş

Xəbəri paylaş