Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının mərasimlər cədvəlində dəyişikliklər aparılıb



BrendSport.az Oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, Olimpiadanın açılış mərasimi iyulun 23-də saat 20:00-dan əvvəl nəzərdə tutulduğu kimi, saat 23:00-a qədər deyil, 23:30-dək davam edəcək. Bildirilir ki, mərasimin vaxtının uzadılması parad zamanı idmançılar arasında sosial məsafənin gözlənilməsi ilə əlaqədardır.

Avqustun 8-də Olimpiadanın bağlanış mərasimi isə əksinə, 30 dəqiqə qısaldılıb. Yəni, bu mərasim saat 20:00-dan 22:30-dək davam edəcək. Belə ki, təşkilatçılar koronavirus pandemiyasına görə, Atletlər kəndində qalacaq idmançıların sayının azalacağını nəzərdə tuturlar.

Bununla yanaşı, Paralimpiya Oyunlarının açılış mərasiminin əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 20:00-dan 23:00-dək davam edəcəyi bildirilir.

Bu yarışların bağlanış mərasimi də idmançıların sayının azalacağı gözlənildiyindən 30 dəqiqə qısaldılaraq saat 22:30-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş