Olimpiya Oyunları: yerli təşkilatçılar yarışların sadələşdirilməsi ilə əlaqədar BOK-un razılığını gözləyirlər
Tokioda gələn il keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsinin baş direktoru Toşiro Muto bəyan edib ki, yerli təşkilatçılar cari ayın sonlarında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yarışların sadələşdirilməsi ilə bağlı “50-60 bənddən” ibarət razılaşdırmanı gözləyirlər.
BrendSport.az xəbər verir ki, bu barədə o, təşkilat komitəsinin son iclasından sonra keçirilən mətbuat konfransı zamanı məlumat verib.
T.Muto bildirib ki, Oyunların xərclərinin aşağı salınması, idmançıların və tamaşaçıların təhlükəsizliyinə yönəldilən bəndlər yarışlara, infrastruktura, həmçinin bununla bağlı tədbirlərə və mərasimlərə cəlb olunacaq insanların sayını əhatə edəcək.
Baş katibin bildirdiyinə görə, yerli təşkilatçılar BOK-un əlaqələndirmə komissiyası ilə koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınmış Oyunların modifikasiyası ilə bağlı müzakirələrin sentyabrın 24-25-də keçirilməsini planlaşdırırlar. Görüş zamanı, təklif edilən bəndlər üzrə razılaşmanın əsasən qəbul ediləcəyini gözlədiklərini qeyd edən T.Muto bildirib ki, Oyunlarla bağlı smeta xərcləri yalnız dekabrda məlum olacaq.
Təşkilatçılar tamaşaçıların sayının azaldılmasına razılıq vermək istəməsələr də, T.Muto deyib ki, əlaqələndirmə komissiyası ilə görüş zamanı bu məsələ çox ciddi şəkildə müzakirə ediləcək. Yəqin ki, həmin məsələ ilə bağlı qərar da dekabrdan tez qəbul olunmayacaq.
AZƏRTAC
Facebook-da paylaş