Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb



“Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

BrendSport.az
xəbər verir ki, Kiprin APOEL klubu ilə danışıqlar uğurla yekunlaşıb və braziliyalı yarımmüdafiəçi Dieqo Rosa icarə əsasında komandaya keçib.

Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək hüququ var.

2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.

Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.


Facebook-da paylaş

Xəbəri paylaş