Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sabah" "Dinamo"nun futbolçusunu icarəyə götürüb



“Sabah” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

BrendSport.az
xəbər verir ki, yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb.

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. Anlaşmaya əsasən, "bayquşlar" mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malikdirlər.

Parris karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Oyunçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinə də dəvət alan vinger yığmada 10 matç keçirib. O, “Sabah”da 28 nömrəli formada çıxış edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş