Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Dinamo”sunun futbolçusu “Sabah”la anlaşıb



Ukraynanın “Dinamo” (Kiyev) klubunun futbolçusu Kahim Perris karyerasını Azərbaycanda davam etdirəcək.

BrendSport.az
xəbər verir ki, bu iddia ilə yerli “xsport.ua” saytı çıxış edib.

Bildirilib ki, Yamayka millisinin vingeri “Sabah”la anlaşıb. Klublar arasındakı razılığa əsasən, 23 yaşlı oyunçu bu mövsüm icarə əsasında bakılıların formasını geyinəcək. “Sabah” 2024-cü ilin yayında onu birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Kiyev “Dinamo”suna 2022-ci ilin yayında Sloveniyanın “Koper” klubundan keçən Kahim Perris ötən mövsüm 15 oyunda 3 qol vurub. Sağ cinah vingerinin ukraynalılarla müqavilə müddəti 2026-cı ilə qədərdir.


Facebook-da paylaş

Xəbəri paylaş