Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mahir Emrelinin çıxış etdiyi klub yeni hücumçular axtarır



Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” klubu yeni hücumçular axtarır.

BrendSport.az
xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi İqor Biscan rəhbərlikdən ön xəttin gücləndirilməsini tələb edib.

Bildirilib ki, mütəxəssis aparıcı hücumçuları Bruno Petkoviçin satılmasına razılıq verməyib. Çünki baş məşqçi Mahir Emreli və Yosip Drmiçin onu layiqincə əvəzləyəcəklərinə inanmır. Bu üzdən klub yeni hücumçular alana qədər Petkoviç komandada saxlanılacaq.

Qeyd edək ki, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyənin “Konyaspor” klubunda keçirən Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.


Facebook-da paylaş

Xəbəri paylaş