Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Konyaspor”un baş məşqçisi Mahir Emrelinin gedişinə görə narazıdır



Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Aleksandar Stanoyeviç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandadan gedişinə görə narazıdır.

BrendSport.az
xəbər verir ki, serbiyalı mütəxəssis 25 yaşlı hücumçunun boşluğunun doldurulmadığını açıqlayıb.

Stanoyeviç bu üzdən hücum xəttində problem yaşadıqlarını söyləyib: “Ötən mövsüm heyətimizdə Mahir Emreli və Mame Diuf var idi. Ancaq onlar komandadan ayrıldılar və yerlərinə heç kim alınmadı. Hücum xəttindəki boşluğu doldurmalıyıq”.

Qeyd edək ki, 2022/2023 mövsümünün ikinci dövrəsini icarə əsasında “Konyaspor”da keçirən Mahir Emreli yay fasiləsində müqavilə ilə məxsus olduğu Xorvatiya “Dinamo”suna (Zaqreb) qayıdıb.


Facebook-da paylaş

Xəbəri paylaş