Mahir Emreli “Antalyaspor”a keçməyə yaxındır
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo Zaqreb”dən ayrılıb Türkiyə klubuna keçə bilər.
BrendSport.az xəbər verir ki, iddialara görə, transfer yanvarda reallaşacaq.
Zaqreb klubundakı durumundan məmnun olmayan M.Emreli “Antalyaspor”a yollanmaq niyyətindədir.
İyirmi beş yaşlı hücumçu “Dinamo”da 20 oyun keçirib və 5 qol vurub.
Emrelinin “Dinamo” ilə 2026-cı ilə qədər müqaviləsi var. Onun Türkiyə klubuna icarəyə veriləcəyi gözlənilir.
Facebook-da paylaş