Mahir Emreli “Dinamo”nun düşərgəsinə qayıtdı
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun düşərgəsinə vaxtından əvvəl qayıdıb.
BrendSport.az xəbər verir ki, 25 yaşlı hücumçuya dekabrın 19-dək istirahət verilsə də, o, 2 gün öncə komandaya qoşulub.
Əvvəlcə fərdi məşqlərlə kifayətlənən forvard artıq kollektiv hazırlıqda iştirak edir.
Təlim-məşq toplanışının birinci mərhələsini Zaqrebdə keçirən "Dinamo" yanvarın 2-də ölkənin ən qərbində yerləşən İstriyaya yollanacaq. Baş məşqçi Ante Çaçiç sözügedən bölgədə futbolçularını 2 yoxlama oyununda sınaqdan keçirəcək. Yanvarın 8-də rəqib Sloveniyanın "Çelye" klubu olacaq. Yanvarın 17-dəki rəqib isə hələlik müəyyənləşməyib.
Facebook-da paylaş