Əsas Səhifə > Maraq > Mahir Emreli “Dinamo”nun düşərgəsinə qayıtdı
Mahir Emreli “Dinamo”nun düşərgəsinə qayıtdı17-12-2022, 00:18 |
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun düşərgəsinə vaxtından əvvəl qayıdıb. BrendSport.az xəbər verir ki, 25 yaşlı hücumçuya dekabrın 19-dək istirahət verilsə də, o, 2 gün öncə komandaya qoşulub. Əvvəlcə fərdi məşqlərlə kifayətlənən forvard artıq kollektiv hazırlıqda iştirak edir. Təlim-məşq toplanışının birinci mərhələsini Zaqrebdə keçirən "Dinamo" yanvarın 2-də ölkənin ən qərbində yerləşən İstriyaya yollanacaq. Baş məşqçi Ante Çaçiç sözügedən bölgədə futbolçularını 2 yoxlama oyununda sınaqdan keçirəcək. Yanvarın 8-də rəqib Sloveniyanın "Çelye" klubu olacaq. Yanvarın 17-dəki rəqib isə hələlik müəyyənləşməyib. Geri qayıt |