Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin futbolçusu Mahir Emreli İspaniyaya gedib




Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinən azərbaycanlı hücumçu Mahir Emreli “Sevilya”ya qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün komanda ilə birlikdə İspaniyaya yollanıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisinin futbolçusunun “Sevilya” ilə matçda meydana çıxıb-çıxmayacağına baş məşqçi Jelko Kopiç qərar verəcək.

Emreli “Dinamo”da komanda ilə məşqlərə ötən gün qatılıb. Azərbaycan millisinin üzvü Zaqreb klubuna transfer olduqdan sonra Xorvatiya çempionatındakı iki oyunu buraxıb.

Fevralın 17-də keçiriləcək “Sevilya” – “Dinamo” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş