Mahir Emreli Polşanın “Legiya” klubunda ilin ən yaxşı legioneri seçilib
Futbol üzrə Azərbaycan yığmasının üzvü Mahir Emreli Polşanın “Legiya” klubunda ilin ən yaxşı legioneri seçilib.
BrendSport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hücumçu azarkeşlər arasında keçirilən sorğu nəticəsində bu ada yiyələnib. İyirmi beş yaşlı futbolçu 42 faizlə komanda yoldaşlarını qabaqlayıb. Serbiyalı müdafiəçi Filip Mladenoviç 39 faizlə ikinci, çexiyalı forvard Tomaş Pexart 19 faizlə üçüncü olub.
Qeyd edək ki, M.Emreli cari mövsüm vurduğu 11 qolla “Legiya”nın ən sərrast futbolçusudur.
Facebook-da paylaş