"Heç vaxt bu sistemlə oynamamışdım" - Mahir Emreli
"Komandaya uyğunlaşmaq baxımından bu oyun mənim üçün çox vacib idi. Əlbəttə, vurduğum qollara görə məmnunam, amma ən vacibi yeni komandamın oyun tərzini öyrənməkdir".
BrendSport.az xəbər verir ki, bu sözləri Polşanın "Legiya" klubunda çıxış edən millimizin üzvü Mahir Emreli deyib.
24 yaşlı hücumçu ötən gün Avstriyanın "Bisşofşofen" klubu ilə yoxlama matçında "Legiya"da debüt edib və 3 qol vurub. Görüşdən sonra klubun rəsmi saytına açıqlama verən Emreli "Legiya"nın sabiq komandası "Qarabağ"dan fərqli oyun sixemi ilə çıxış etdiyini bildirib:
"Qol vurmaq mənim işimdir. Çünki hücumçuyam. Bu effektivliyi davam etdirmək istəyirəm. Növbəti məşq və matçlarla maraqlanıram. Diqqətimi buna cəmləmək istəyirəm. Heç vaxt bu cür sistemlə oynamamışdım. "Qarabağ"da 6 il ərzində 4-3-3 taktikası ilə oynamışam. Komandanın matçını seyr etmək başqa, meydanda bunu etmək başqa bir şeydir. "Legiya"nın topla oynamağı və daha çox hücum etməyi sevdiyini gördüm. Məşqçimiz mənə necə davranmalı olduğumu izah edir".
Xatırladaq ki, "Bisşofşofen"ə 5 cavabsız qolla qalib gəldikləri matçda 60 dəqiqə meydanda olan Mahir 6, 22 və 36-cı dəqiqələrdə fərqlənib.
Facebook-da paylaş