UEFA Avropa Liqası: “Qarabağ” klubu Polşanın “Legiya” komandası ilə qarşılaşacaq
Oktyabrın 1-də futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Polşanın “Legiya” komandası ilə qarşılaşacaq.
Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Görüş Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Tobias Ştiler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.
Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.
Oyun öncəsi “Qarabağ”ın heyətində itki var. Mahir Emreli zədə səbəbindən oyunu buraxmalı olacaq. Zədəsini yenicə sağaltmış Abdullah Zubir və Xayme Romeronun isə ilk dəqiqələrdən meydanda olacağı gözlənilir. Rəqibdə isə Jose Kantenin durumuna oyun vaxtı aydınlıq gələcək.
Facebook-da paylaş