Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mahir Emrelinin “Dinamo”ya transferinin qiyməti açıqlanıb

Mahir Emrelinin “Dinamo”ya transferinin qiyməti açıqlanıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Legiya” komandasından Zaqreb “Dinamo”suna transferinin qiyməti açıqlanıb.
BrendSport.az Polşa mətbuatına istinadla xəbər verir ki, 25 yaşlı hücumçunun keçidi 1 milyon avroya gerçəkləşib. Lakin Xorvatiya klubu bu transfer üçün pul ödəməyəcək. Belə ki, Polşa klubunun “Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən “Legiya” zaqreblilərə cəmi 200 min ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb.
Qeyd edək ki, “Legiya” yığmamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.


Facebook-da paylaş

Xəbəri paylaş