Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mahir Emrelinin komandası Polşa kuboku yarışlarının dörddəbir final mərhələsinə yüksəlib

Mahir Emrelinin komandası Polşa kuboku yarışlarının dörddəbir final mərhələsinə yüksəlib


Futbol üzrə Polşa kuboku yarışlarında səkkizdəbir final mərhələsinin oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da bu turnirdə növbəti matçına çıxıb.
Komanda səfərdə aşağı liqa təmsilçisi “Motor Lublin” ilə qarşılaşıb. İlk hissəni 0:1 hesablı məğlubiyyətlə başa vuran Varşava təmsilçisi fasilədən sonra vurduğu 2 qol sayəsində əzmkar qələbə qazanıb və növbəti mərhələyə vəsiqəni təmin edib.
M.Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və əzmkar qələbədə pay sahiblərindən birinə çevrilib.


Facebook-da paylaş

Xəbəri paylaş