“Qarabağ”ın rəqibi əzmkar qələbə qazanıb
Futbol üzrə Kipr çempionatında üçüncü turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Doxa” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:1. Matçın 73-cü dəqiqəsində qapısından qol buraxan, 85-ci dəqiqədə azlıqda qalan “Omoniya”, qələbəni 90+3-cü və 90+8-ci dəqiqələrdə vurduğu qollarla qazanıb.
“Omoniya” 3 turdan sonra 3 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.
Facebook-da paylaş