Topaz Premyer Liqası: “Qarabağ” səfərdə “Qəbələ”yə qalib gəlib
Aprelin 7-də Topaz Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Qəbələ” komandasının qonağı olub.
Qəbələ şəhər stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Hesabı 3-cü dəqiqədə “Qarabağ”ın müdafiəçisi Donald Gerrye açıb. Matçın 23-cü dəqiqəsində Rauf Əliyev bərabərlik qolunu vurub. Qarşılaşmanın 79-cu dəqiqəsində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Dani Kintananın əvəzinə Araz Abdullayevi meydana buraxıb. Abdullayev oyuna daxil olduqdan 3 dəqiqə sonra qələbə topuna imza atıb.
Bu qələbə sayəsində “Qarabağ” xallarını 51-ə çatdırıb və “Neftçi” ilə yenidən şərikli lider olub. “Qəbələ” isə 30 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə “Sumqayıt” “Keşlə”ni 2:1, “Neftçi” isə “Zirə”ni 4:2 hesabı ilə məğlub edib. Tura “Sabah” – “Səbail” matçı ilə yekun vurulacaq.
Facebook-da paylaş