Topaz Premyer Liqası: “Qəbələ” doğma azarkeşlər önündə “Səbail”i məğlub edib
Martın 10-da Topaz Premyer Liqasında 20-ci turun növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, turun üçüncü görüşü Qəbələ şəhər stadionunda baş tutub. “Qəbələ” doğma azarkeşlər önündə “Səbail” klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq birinci hissədə hesab açılmayıb. Qarşılaşmanın ikinci hissəsində “Qəbələ” iki dəfə fərqlənməyə nail olub. Əyalət təmsilçisinin nigeriyalı legioneri Ceyms Adeniyi (49, 55) dubl edərək adını tabloya yazdırıb – 2:0. Matçın 73-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Bəhlul Mustafazadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 84-cü dəqiqədə qonaqlar qollardan birinin əvəzin çıxıb. Belə ki, künc ötürməsindən sonra topa hamıdan tez yetişən Elvin Yunuszadə qapıya dəqiq zərbə endirib – 2:1. Qalan dəqiqələrdə səbaillilərin cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Bu qələbə sayəsində “Qəbələ” xalların sayını 28-ə çatdıraraq turnir cədvəlində dördüncü yerdəki mövqeyin qoruyub saxlayıb, “Səbail” isə 31 xalla üçüncü yerdə qərarlaşıb.
Xatırladaq ki, turun digər iki oyununda “Keşlə” klubu “Sabah”ı məğlub edib (3:0), “Qarabağ” isə “Zirə” ilə heç-heçə edib (0:0).
Tura bu gün keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
Facebook-da paylaş