Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kiyev “Dinamo”sunun sabiq futbolçusu “Araz-Naxçıvan”la müqavilə bağlayıb



Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Mohammed Kadiri “Araz-Naxçıvan”la müqavilə bağlayıb.

BrendSport.az
xəbər verir ki, qanalı yarımmüdafiəçi yeni komandası ilə münasibətləri rəsmiləşdirib.

Bir neçə gündür Naxçıvan təmsilçisinin düşərgəsində olan 27 yaşlı dayaq yarımmüdafiəçisi klubla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, karyerasına ölkəsinin “Aşanti Qold” klubunda başlayan Mohammed Kadiri, həmçinin, “Austriya” (Avstriya), “Arsenal” (Tula, Rusiya), “Dinamo”, “Çernomorets” (hər ikisi Ukrayna) və “Honved”in (Macarıstan) formasını geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş