“Zirə” heyətinə ukraynalı hücumçu cəlb edib
Bakının “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
BrendSport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Vladislav Kulaçla anlaşıb.
Ukraynalı hücumçu ilə 1,5 illik müqavilə imzalanılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçunun son klubu Ukraynanın “Dinamo”(Kiyev) komandası olub. O, həmçinin ölkəsinin “Şaxtyor”(Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.
Facebook-da paylaş