Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb
Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb.
BrendSport.az kluba istinadla xəbər verir ki, şimali makedoniyalı Georgi Stoilov heyətə cəlb edilib.
İyirmi beş yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Georgi Stoilovun son klubu “Akademiya Pandev” (Şimali Makedoniya) olub. O, daha əvvəl ölkəsində “Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında 2 oyun keçirib.
Facebook-da paylaş