Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb
BrendSport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Velvis Damakena ilə 1+ 3 illik müqavilə imzalayıb.
Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonunadək icarəyə götürülüb.
İyirmi yaşlı hücumçunun transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Qeyd edək ki, braziliyalı futbolçu "Lvov"dan başqa Slovakiyanın "Lokomotiva" (Koşitse) klubunda da çıxış edib.
Facebook-da paylaş