Əsas Səhifə > Ölkə idmanı > Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb

Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb


2-07-2021, 21:40


BrendSport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Velvis Damakena ilə 1+ 3 illik müqavilə imzalayıb.

Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonunadək icarəyə götürülüb.

İyirmi yaşlı hücumçunun transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, braziliyalı futbolçu "Lvov"dan başqa Slovakiyanın "Lokomotiva" (Koşitse) klubunda da çıxış edib.
Geri qayıt