Əsas Səhifə > Ölkə idmanı > Kiyev “Dinamo”sunun sabiq futbolçusu “Araz-Naxçıvan”la müqavilə bağlayıb

Kiyev “Dinamo”sunun sabiq futbolçusu “Araz-Naxçıvan”la müqavilə bağlayıb


28-07-2023, 10:10


Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Mohammed Kadiri “Araz-Naxçıvan”la müqavilə bağlayıb.

BrendSport.az
xəbər verir ki, qanalı yarımmüdafiəçi yeni komandası ilə münasibətləri rəsmiləşdirib.

Bir neçə gündür Naxçıvan təmsilçisinin düşərgəsində olan 27 yaşlı dayaq yarımmüdafiəçisi klubla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, karyerasına ölkəsinin “Aşanti Qold” klubunda başlayan Mohammed Kadiri, həmçinin, “Austriya” (Avstriya), “Arsenal” (Tula, Rusiya), “Dinamo”, “Çernomorets” (hər ikisi Ukrayna) və “Honved”in (Macarıstan) formasını geyinib.
Geri qayıt