"Sabah" klubu rusiyalı futbolçunu icarəyə götürə bilər
"Sabah" klubu Rusiya "Krasnodar"ının futbolçusu Maqomed-Şapi Süleymanovu icarəyə götürə bilər.
BrendSport.az xəbər verir ki, Aleksey Kaşukun gedişindən sonra sağ cinah yarımmüdafiəçisi axtaran Bakı təmsilçisi 24 yaşlı vingeri qış fasiləsində birdəfəlik transfer etmək şərtilə heyətinə qatmaq istəyir.
İddiaya görə, paytaxt klubu oyunçuya illik 250-300 min ABŞ dolları ödəməyə hazırdır.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında İsrailin "Hapoel" (Beer-Şeva) komandasında keçirmiş Maqomed-Şapi Süleymanov 35 oyuna 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Facebook-da paylaş