Avropa çempionatının ilk qolunu Azərbaycanda oynamış futbolçu vurub
21 yaşadək futbolçular arasında bu gün start götürən Avropa çempionatının ilk qolunu ötən mövsümü icarə əsasında "Sabah"da keçirmiş Ukrayna millisinin futbolçusu Aleksey Kaşuk vurub.
BrendSport.az xəbər verir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Xorvatiya yığması ilə matçın 19-cu dəqiqəsində fərqlənib. O, Artyom Bondarenkonun ötürməsini qola çevirib.
Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Şaxtyor" (Donetsk) klubuna məxsus olan Aleksey Kaşuk ötən mövsüm "Sabah"ın heyətində 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Facebook-da paylaş