Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Trabzonspor” “Sabah”dan ayrılan futbolçunu transfer etmək istəyir



Türkiyənin “Trabzonspor” klubu ötən mövsüm icarə əsasında çıxış etdiyi “Sabah”dan ayrılan ukraynalı futbolçu Aleksey Kaşuku transfer etmək istəyir.

BrendSport.az
xəbər verir ki, Qara dəniz təmsilçisinin baş məşqçisi Nenad Belitsa 23 yaşlı yarımmüdafiəçinin alınması üçün rəhbərliyə təlimat verib.

U-21-lər arasında keçirilən Avropa çempionatında Ukrayna – Xorvatiya oyununu tribunadan izləyən mütəxəssis Kaşukun çıxışına heyran qalıb. Türkiyə klubu Ukraynanın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə bir qola imza atan gənc oyunçu üçün müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”una təklif göndərəcək.

İngiltərənin “Sauthempton” klubunun yarımmüdafiəçisi Mislav Orsiçlə bağlı danışıqların uğursuz nəticələnməsi trabzonluların diqqətini Kaşuka yönəltmələrinə səbəb olub.

Qeyd edək ki, “Sabah” da ötən mövsüm icarə əsasında komandada çıxış edən Aleksey Kaşuku yenidən icarəyə götürmək niyyətindədir.


Facebook-da paylaş

Xəbəri paylaş