Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rusiya klubu Türkiyə millisinin üzvü Yusuf Yazıcını heyətinə qatıb

Rusiya klubu Türkiyə millisinin üzvü Yusuf Yazıcını heyətinə qatıb

Rusiyanın “CSKA Moskva” komandası Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Yusuf Yazıcını transfer edib.
BrendSport.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu “CSKA Moskva”nın yanvarın 20-dəki təlim-məşq toplanışına qatılacaq.
Rusiya Premyer Liqa klubu Türkiyə millisinin üzvünü bu mövsümün sonunadək icarəyə götürüb.
Rusiya mətbuatının məlumatına görə, bu icarə üçün Rusiya təmsilçisi Fransa klubuna ödəniş etməyəcək. Moskva təmsilçisi yay transfer pəncərəsində türkiyəli futbolçu üçün 12 milyon avro ödəyərək və birdəfəlik transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, futbolçu cari mövsüm “Lill”in heyətində 22 matçda meydana çıxıb və heç bir məhsuldarlığı ilə yadda qalmayıb.


Facebook-da paylaş

Xəbəri paylaş