"Sabah" klubu "Qalatasaray"ın sabiq futbolçusunu heyətinə qatıb
"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
BrendSport.az xəbər verir ki, "bayquşlar" bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.
Paytaxt təmsilçisi nigeriyalı Cessi Sekidikanı transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb. Afrikalı futbolçu 70 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı vinger karyerası ərzində Türkiyədə "Əskişəhərspor", "Qalatasaray", "Konyaspor", "Eyüpspor" və "Ümraniyəspor" klublarının formasını geyinib.
Facebook-da paylaş