“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
BrendSport.az kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. İyirmi üç yaşlı futbolçu ilə üçillik müqavilə bağlanıb. Yeni transfer “Sabah”da 91 nömrəli forma geyinəcək.
C.Diniyev karyerası ərzində “İnter” və “Qarabağ” klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.
Facebook-da paylaş
