“Neftçi” klubu “Fənərbağça”nın futbolçusunu heyətinə cəlb edib
“Neftçi” futbol klubu transfer çalışmalarını davam etdirir. Klub gənc futbolçu Turan Vəlizadə ilə üçillik müqavilə bağlayıb.
BrendSport.az xəbər verir ki, 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandanın heyətində 33 nömrəli formanı geyinəcək.
“Əlincə”nin yetirməsi olan Turan Vəlizadə “Qarabağ”ın və Türkiyənin “Fənərbağça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdür.
Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanıb.
Facebook-da paylaş