“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib
BrendSport.az kluba istinadla xəbər verir ki, ispaniyalı vinger Xuan Kamara bundan sonra komandanın uğurları üçün çalışacaq.
İyirmi yeddi yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.
Kamara karyerası ərzində İspaniyanın “Vilyarreal B”, “Barselona B”, “Barselona”, “Jirona”, “Reus Deportiu”, Polşanın “Medz Leqnitsa”, “Yagelloniya”, Rumıniyanın “Dinamo” və “Universitatya Krayova” klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.
Qeyd edək ki, yeni transfer “Sabah”da 17 nömrəli formada çıxış edəcək.
Facebook-da paylaş