“Qarabağ” Mateuş Koxalski ilə yollarını ayırıb

“Qarabağ” Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.
BrendSport.az xəbər verir ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.
2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komanda ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.
Facebook-da paylaş





















