Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” Yunanıstan millisinin qapıçısına təklif göndərib



“Qarabağ” Yunanıstan millisinin və Türkiyənin “Kasımpaşa” komandasının qapıçısı Andreas Yanniotisə təklif göndərib.

BrendSport.az
xəbər verir ki, 31 yaşlı qolkiper Ağdam təmsilçinin Çempionlar Liqasında iştirakını nəzərə alaraq bu keçidə müsbət yanaşır. Lakin tərəflər arasında danışıqlar davam etsə də, maliyyə şərtlərində hələlik razılıq əldə olunmayıb. Buna səbəb təcrübəli oyunçunun Azərbaycan çempionundan hər mövsüm üçün 500 min avro maaş tələb etməsidir.

Danışıqlar müsbət yekunlaşarsa, “Qarabağ” tezliklə qapıçı ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Andreas Yanniotis ötən mövsüm “Kasımpaşa”nın heyətində Türkiyə Superliqasında 31 matçda meydanda olub.


Facebook-da paylaş

Xəbəri paylaş