"Neftçi SOCAR" yarımfinalda

30 avqust 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında "Takasaki" mərhələsinin həlledici oyunlarına start verilib.
BrendSport.az xəbər verir ki, təmsilçimiz "Neftçi SOCAR" 1/4 finalda Tailand millisi üzərində 19:12 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Qeyd edək ki, təmsilçimiz yarımfinalda Kanada seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.
Facebook-da paylaş





















