Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək



Gənclər və İdman Nazirliyi ilə Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında sentyabrın 12–14-də Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

BrendSport.az
xəbər verir ki, ölkəmizlə yanaşı, Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində baş tutacaq. Mübarizəyə hər gün saat 11:00–da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00–da başlayacaq.

Qeyd edək ki, açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş