Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan oxatanları Belarusda keçirilən beynəlxalq turnirdə medallar qazanıblar



24 - 28 avqust tarixlərində Belarus Respublikasının Brest şəhərində P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnir keçirilib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, eləcə də Tatarıstan, Buryatiya və Saxa Respublikalarından 220 idmançının qatıldığı beynəlxalq turnirdə milli komandamızın heyəti ölkəmizi uğurla təmsil edib.

Yarış çərçivəsində milli komandamızın üzvü Fatimə Hüseynli həm U21 fərdi yarışında, həm də böyüklər arasında qadınlardan ibarət komandanın heyətində 70 metr məsafədə mübarizə aparıb.

İdmançımız fərdi növ üzrə 622 təsnifat xalı toplayaraq gümüş medalın sahibi olub. Uğurun ardı komanda hesabında da davam edib və Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanovadan ibarət qadın milli komandamız həlledici qarşılaşmada Rusiya oxatanları üzərində 5:3 hesabı ilə inamlı qələbə qazanaraq turnirin bürünc medalını əldə ediblər.

​Qeyd edək ki, turnir çərçivəsində milli komandaya baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimer Lekveişvili rəhbərlik ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş