Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Lisenziya turniri: Yarımfinala vəsiqə qazanan Azərbaycanın 3x3 basketbol millisi Niderlanda məğlub olub



Daha əvvəl yarımfinala vəsiqəni təmin edən Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirin qrup mərhələsində sonuncu görüşünə çıxıb.

BrendSport.az
xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın növbəti rəqibi Niderland seçməsi olub. Görüş komandamızın 15:11 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bununla da daha öncə yarımfinala yüksələn Niderland millisi qrupu birinci, Azərbaycan seçməsi isə ikinci yerdə bitirib.

Qeyd edək ki, yığma əvvəlki qarşılaşmalarda Çili və Monqolustanı məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş