Əsas Səhifə > Milli komandalar > Azərbaycanın 3x3 basketbol millisi təsnifat turnirində növbəti oyununa çıxacaq
Azərbaycanın 3x3 basketbol millisi təsnifat turnirində növbəti oyununa çıxacaq13-04-2024, 09:45 |
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə ikinci görüşünə çıxacaq. BrendSport.az xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın növbəti rəqibi Monqolustan seçməsi olacaq. Görüş Bakı vaxtı ilə saat 11:55-də start götürəcək. Azərbaycan millisi bu gün daha bir oyun keçirəcək. Komandamız saat 13:45-də Niderland ilə üz-üzə gələcək. Milli ötən gün qrupun ilk matçında Çilini 17:14 hesabı ilə məğlub edib. Qeyd edək ki, qrupda ilk iki yeri tutan kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. Geri qayıt |