Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Parataekvondoçularımız Roma Qran-Prisində bir qızıl və bir bürünc medal qazanıblar



İyunun 4-də İtaliyanın paytaxtı Roma şəhərində parataekvondo üzrə Roma Qran-Prisi keçirilib.

BrendSport.az
xəbər verir ki, ən yüksək reytinqli parataekvondoçuların mübarizə apardığı turnirdə ölkəmizi K44 kateqoriyasında Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) təmsil ediblər.

Sabir Zeynalov 1/4 final mərhələsində braziliyalı Fabricio Souza, yarımfinalda türkiyəli Ali Can Özcan, finalda isə cənubi koreyalı Pyeonggang Lee üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb.

İmaməddin Xəlilov isə 1/4 finalda taylandlı Tanapan Sotthisetə qalib gəlsə də, yarımfinalda italiyalı Antonino Bossolo ilə qarşılaşmada mübarizəni dayandırıb və turniri bürünc medalla başa vurub.

Parataekvondoçularımız yarışa baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qatılıblar.

Qeyd edək ki, Roma Qran-Prisində əldə olunan nəticələr idmançılara Los-Anceles-2028 Yay Pralimpiya Oyunları üçün reytinq xalları qazandırıb.







Facebook-da paylaş

Xəbəri paylaş